6. Verilmiş şeir parçasında ikivariantlı və dördvariantlı şəkilçiləri
olan sözləri seçib dəftərinizdə ayrı-ayrı sütunlarda yazın.
Bulud qondu dağlara,
Yatdı dağlar, təpələr,
Nağıl dedi nənələr,
Yatdı bütün körpələr.
Yat, ətirli gülüm, yat,
Balaca bülbülüm, yat!
(İ. Tapdıq)
Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırdıqda:
♦ ya şəkilçinin saiti düşür: kitab-ım - ana-m:
♦ ya da iki saitin arasına bitişdirici samit (y, n, s) əlavə olunur:
kitab-ın - ana-nın; kitab-ı - ana-sı; kitab-a - ana-ya.
7. Sözlərə uyğun gələn şəkilçiləri artırın. Baş verən dəyişikliyi izah
edin.
-aq2(-q, -k)
yat...
dara...
döşə...
qaç... |
-I 4 (-Sı 4)
otaq...
bibi...
qələm...
bala...
|
-m 4 (-nın 4)
bostan...
təyyarə...
ailə...
bağ...
|
-ıŞ 4 (-Ş)
bax...
tanı...
düzəl...
yeri... |
8*. Mətndə fərqləndirilmiş sözlərin
başlanğıc formasını müəyyən edin.
Paxıllıq bacarıqsızlıq əlamətidir. Öz hünərinə inananlar başqalarından
çox müvəffəqiyyət əldə edərlər. Hünərsiz adam tərəqqiyə
çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki,
onunla bərabərləşsin. Paxıl adam heç vaxt rahat yaşaya bilməz. Onun
öz dərdi və başqalarının şadlığı - hər ikisi ona müsibət olar.
(A.Bakıxanov)
9. Doğru, yoxsa yanlış?
Dördvariantlı şəkilçilərin tərkibində qapalı saitlər olur.
İkivariantlı şəkilçilərin tərkibində qalın saitlər olur.
Qrammatik şəkilçilərin hamısı dördvariantlıdır.
Cəm şəkilçisi ikivariantlı şəkilçidir.
Sözə həm ikivariantlı, həm də dördvariantlı şəkilçi
qoşula
bilər.