Yadda saxla!
|
İKİVARİANTLI VƏ DÖRDVARİANTLI ŞƏKİLÇİLƏR
|
Dilimizdəki leksik şəkilçilərin bir çoxu və qrammatik şəkilçilərin hamısı ahəng qanununa tabe olaraq iki və ya dörd cür yazılır. Buna görə də onlara ikivariantlı və ya dördvariantlı şəkilçilər deyilir. Şəkilçilər kökə sözün son hecasındakı saitə uyğun olaraq əlavə edilir. İkivariantlı şəkilçilərin tərkibində ya a, ya da ə saiti olur. Əgər sözün son saiti qalındırsa, ona qoşulan şəkilçi a saiti ilə, incədirsə, ə saiti ilə işlənir: otaqdan, pəncərədən. Dördvariantlı şəkilçilərin tərkibində qapalı saitlərdən (ı, i, u, ü) biri iştirak edir. Lakin burada son saitin yalnız qalın və ya incə olması deyil, həm də dodaqlanan və ya dodaqlanmayan olması da nəzərə alınır: odunçu, təyyarəçi, üzgüçü, qapıçı. |