Düşün və cavab ver
6.
Hekayədə hansı epizod sizə daha çox təsir etdi? Səbəbini izah etməyə çalışın.
Yazı
7.
Təsəvvür edin ki, qardaşınız cəbhədədir. Ona məktub yazın
Dil qaydaları
8.
Adınızı, soyadınızı və atanızın adını deyin. Sizcə, onlardan hansı bütün ailənizə aiddir? “Soykökü”
sözünü xatırlayın və onun mənasını izah edin.
9*. “Ağacın kökü”, “problemin kökü”, “kök
uşaq” ifadələrindən hansında “kök” sözü omonim, hansında çoxmənalı söz kimi
işlənir? Fikrinizi
əsaslandırın.
Yadda saxla!
|
KÖK VƏ ŞƏKİLÇİ
|
Sözün kökü dedikdə onun ayrılıqda işlənə bilən və leksik məna ifadə edən hissəsi nəzərdə
tutulur.
Sözün kökünə əlavə olunan şəkilçilər isə ayrılıqda leksik mənaya malik olmur və nitqdə
sözdən ayrı işlənə bilmir.
|
10.
Mətnin 1-ci abzasında altından xətt çəkilmiş sözləri kök və şəkilçilərə ayırın.
11.
Verilmiş şəkilçiləri “dost” sözünə düzgün ardıcıllıqla artırın.
-dı, -laş, -lar, -mış
12.
Verilmiş sözlərin kökünə başqa şəkilçilər artırmaqla onları cümlələrdə işlədin.
təmizlə, qaralmaq, ağıllı, birləşmək, qaçış
13.
Hansı cümlədəki “yazdır” sözündə “-dır” şəkilçisi vurğu qəbul edir?
1.
Məktubu qızına yazdır, onun səliqəli xətti var.
2.
Artıq yazdır, havalar istiləşib.