Şifahi nitq
2.
Qruplarla iş. Aşağıdakı mövzularda təqdimat hazırlayın.
•
Birgünlük məktəb direktoru olsanız, nə edərsiniz?
•
Birgünlük təhsil naziri olsanız, nə edərsiniz?
•
Birgünlük şəhər meri olsanız, nə edərsiniz?
•
Birgünlük ölkə başçısı olsanız, nə edərsiniz?
Dil qaydaları
3.
Mətndə göy rənglə verilmiş söz və ifadələrə diqqət yetirin. Müasir dilimizdə onları hansı sözlərlə əvəz
edirik? Bu sözlərdən hansılarının hazırda qarşılığı yoxdur? Səbəbini izah edin.
Yadda saxla!
|
ARXAİZMLƏR
|
Keçmişdə dilimizdə elə sözlər olmuşdur ki, onlar müasir dilimizdə ya heç işlənmir, ya da
az işlənir. Ona görə də belə sözlərə köhnəlmiş sözlər və ya arxaizmlər
deyilir. Klassik
ədəbiyyatda, şifahi xalq ədəbiyyatında, eləcə də tarixə aid əsərlərdə belə sözlərə rast
gəlinir.
Bu sözlərin bəzisi başqa sözlərlə əvəz olunduğundan, digərləri isə bildirdiyi anlayışın
itməsi səbəbindən indi işlədilmir.
|
4*. Mətndə göy rənglə verilmiş söz və
ifadələri iki qrupa ayırın:
• Başqa sözlə əvəz olunan köhnəlmiş sözlər
• Anlayışın itməsi nəticəsində köhnələn sözlər
1-ci qrup sözlər müasir dilimizdə hansı sözlərlə əvəz olunmuşdur?
2-ci qrup sözlərin mənasını izah edin.
5. Cümlələri diqqətlə oxuyun. Dilimizdə azişlənən sözlərin mənasını müəyyənləşdirin.
1. Kəndxuda camaatı kəndin mərkəzindəki meydana yığdı.
2. Ağır otur, batman gəl.
3. Məşədi İbadın baqqal dükanı bazarın ən izdihamlı yerində idi.