Xəlifə Harun ər-Rəşidin dövründə Bağdad şəhərində Əbül Həsən adlı bir gənc yaşayırdı. Çox xeyirxah və qonaqpərvər adam idi.
Əbül Həsənin qəribə bir şakəri vardı. Hərdən şəhər darvazasının qarşısına çıxar, şəhərə daxil olan qəribləri evinə dəvət edər, onları doyunca yed iri b-içizdirərdi.
Bir gün libasını dəyişmiş Harun ər-Rəşid öz qulu ilə birgə şəhərə daxil olur. O, vaxtaşırı məmləkətini beləcə gəzər, ölkədə baş verənlərdən hali olardı. Əbül Həsən tacir qiyafəsində olan xəlifəni tanımayıb onu evinə dəvət etdi. Bu qəribə təklif xəlifəni maraqlandırdı və o razılaşdı. Əbül Həsən qonaqları evinə gətirdi. Burada onlar ləziz təamlardan yeyə-yeyə şirin söhbət etməyə başladılar. Ev sahibindən çox razı qalan Harun ər-Rəşid üzünü ona tutub dedi:
- Ey Əbül Həsən, mənə etdiyin hörmətdən çox məmnun qaldım. Amma istərdim ki, sən də məni xoş sözlərlə xatırlayasan. Buna görə də, rica edirəm, mənə ən böyük arzunu söylə. Onu da bil ki, sənin istənilən arzunu yerinə yetirməyə imkanım çatar.
Əbül Həsən dedi:
Əbül Həsən dedi: - Ömrün uzun olsun, əziz qonağım. Mən sadə bir adamam. Lütfkarlıq edib evimə
gəlməyin, süfrəmdə çörək kəsməyin mənim üçün ən böyük mükafatdır. Amma indi ki israr edirsən, deyim. Bizim şəhər bazarının bir darğası var. Hələ yer üzü onun kimi əzazil adam görməyib. Bütün bazar əhlinin gününü qara edib. Bax mən də Allahdan bircə şey istəyirəm: bircə gün Harun ər-Rəşidin yerinə xəlifə olaydım, o darğanı tutdurub yüz şallaq vurdurardım ki, ağlı başına gəlsin.
Bunu eşidən Harun ər-Rəşid gizlicə Əbül Həsənin badəsinə yuxu dərmanı tökdü. Ev sahibi badədən bir qurtum içən kimi elə həmin dəqiqə dərin yuxuya getdi.