4.
Mətndə altından xətt çəkilmiş sözlərin etimoloji-izahlı lüğətini tərtib edin.
Nümunə:
multimedia (lat. multum - çox + ing. media
< lat. medium
- vasitəçi) - mətni, qrafik təsvirləri, video və səsi özündə birləşdirən informasiya sistemi.
Dil qaydaları
5.
Mətndə işlənmiş “virtual”, “multimedia”, “fayl” sözlərinə keçdiyiniz hansı fəndə daha çox rast gəlirsiniz?
Yadda saxla!
|
TERMİNLƏR
|
Başqa dillərdən keçmiş sözlərə alınma sözlər deyilir. Bu sözlərin
bir qismi elmin
müxtəlif sahələrinə aid olan terminlərdir.
Elmin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Elmi anlayış harada meydana
gəlirsə, onu bildirən termin də həmin xalqın dilində yaranır və sonradan başqa dillərə
keçir.
Vaxtilə Qədim Roma və Yunanıstan elm və mədəniyyətin mərkəzi olduğundan bir çox terminlər
yunan və latın mənşəlidir.
|
6.
Debat. Dilimizə başqa dillərdən sözlərin keçməsi yaxşı haldır, yoxsa pis?
7.
Sizcə, aşağıdakı saylardan hansılar alınma sözlərdir? Cavabınızı əsaslandırın.
iyirini, milyon, səksən, həştad, əlli, milyard, doqquz, trilyon,
yeddi
8.
Sizcə, aşağıdakı söz qruplarının hansında alınma sözlər daha çoxdur?
A)
qohumluq bildirən sözlər
B)
heyvan adları
C)
bədən üzvlərini bildirən sözlər
9.
Qruplarla iş. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, musiqi fənlərinin hərəsinə
aid 5 termin tapıb
onların etimologiyası və izahına dair təqdimat hazırlayın.
Nümunə:
Omonim: yunan sözüdür. Omos - eyni, onyma - ad deməkdir.
Deyilişi və yazılışı eyni, mənası fərqli olan sözlərə omonim deyilir.