Yadda saxla!
|
ETİMOLOGİYA NƏDİR
|
Etimologiya (yunan dilində etymon - “həqiqət” sözündəndir) hər hansı bir sözün mənşəyi, ilkin mənası deməkdir. Söz və ifadələrin mənşəyini araşdıran elm sahəsi də etimologiya adlanır; məsələn: “güzgü ” sözü “görmək” feilindən yaranmışdır. Əvvəlcə görgü, sonra gözgü, nəhayət, güzgü şəklinə düşmüşdür. |
İndiki Qarabağın qədim adı “Arsak”dır. Hazırda bu söz dilimizdə işlənmir və onu tarixi toponim hesab etmək olar. Etimoloji təhlil göstərir ki, bu yer adı iki sözdən ibarətdir: ar və sak. “Sak” qədim türk tayfalarından birinin adıdır. “Ar” isə ər sözünün dəyişmiş formasıdır. “Ər” sözü qədim dilimizdə “igid, cəngavər, qoçaq” mənalarını daşımışdır. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə məşhur olduğu üçün bu yer Ərsak, sonralar isə Arsak adlanmışdır.