Yadda saxla!
|
OMONİMLƏR
|
Deyilişi və yazılışı eyni, leksik mənası isə fərqli olan sözlərə omonimlər deyilir; məsələn: Kök1 - bitkinin torpaq altında olan və onu qidalandıran hissəsi Kök2 - dolubədənli Omonim sözlərlə çoxmənalı sözlər oxşar olsa da, onların bəzi fərqli xüsusiyyətləri var: 1. Omonim sözlərin mənaları tamamilə fərqləndiyi halda, çoxmənalı sözlərin mənaları arasında müəyyən yaxınlıq olur. 2. Digər fərq ondadır ki, çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olduğu halda, omonim sözlər müxtəlif nitq hissələrinə də aid ola bilər. |
Köynəyi sarı, Gəl mənə sarı. |
Tikanı yox eylə, Yaramı sarı. |