Dilimizdə işlənən belə ifadələrin çoxu müəyyən tarixi hadisə, rəvayət və ya milli adət-ənənələrlə bağlıdır. Onların tarixçəsini, yəni mənşəyini bilsək, daha dərindən dərk edər, həmin ifadələri düzgün və yerində işlədərik.
Yadda saxla!
|
FRAZEOLOJİ BİRLƏŞMƏLƏR
|
|||
Bəzən sözlər birləşərək öz ilkin mənalarını itirir və birlikdə yeni, vahid məna ifadə edir. Sabit söz birləşmələri və ya frazeoloji birləşmələr adlanan bu söz birləşmələri cümlənin bir üzvü kimi çıxış edir. Frazeoloji birləşmələrin əksəriyyəti hərəkət bildirir. Nümunə:
Eyni söz birləşməsi həm sərbəst söz birləşməsi kimi, həm də frazeoloji birləşmə (sabit söz birləşməsi) kimi işlənə bilər:
1.
Top yola düşdü - həqiqi məna
2. Qatar yola düşdü - frazeoloji birləşmə |
1)
kefinə soğan doğramaq
2) taleyi üzünə gülmək 3) hövsələdən çıxmaq 4) gen dünyanı başına dar eləmək 5) cin atına minmək |
A) səbir kasası dolmaq
B) qanını qaraltmaq C) hirsi təpəsinə vurmaq D bəxti açılmaq E) göz verib işıq verməmək |
1)
özündən çıxmaq
2) daşı ətəyindən tökmək 3) ağzına su almaq 4) ipini yığmaq 5) dan yeri sökülmək |
A)
yüyənini boş buraxmaq
B) şər qarışmaq C) iki ayağını bir başmağa dirəmək D) hirsi soyumaq E) dilotu yemək |