Sözsüz ki, o, həkimin adını çəkəcək. Onda mən “Qədəmi xoş olsun, əli yüngül olsun!” deyəcəyəm. Sonra iştahasından söhbət salıb nə yediyini soruşaram. O, xörəyin adını çəkən kimi “Nuş canın olsun” deyib söhbəti qurtararam, xudahafizləşib evə qayıdaram”.
Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur:
Kar: “Nuş canın olsun!” - deyib öz vəzifəsini bitmiş hesab edir. Tez xudahafizləşib xəstənin yanından çıxır.
Əfsanəyə görə, Süleyman peyğəmbər təbiətin bütün qüvvələrinə hökm edir, hətta heyvanların dilini bilirmiş. Bir sözlə, Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu yox imiş. Lakin hamı kimi o da bir gün dünyasını dəyişir. Vəfatından əvvəl Süleyman peyğəmbər tuncdan uca bir qəsr tikdirir. Həmin qalanı görmək çox az adama nəsib olub. Çünki o, yaşayış yerlərindən uzaq, insan ayağı dəyməyən bir səhralıqda tikilmişdi. Lakin onu görmək üçün uzaq yol qət edən insanlar qala divarlarında peyğəmbərin həkk etdirdiyi bir yazını oxuya bilərdilər: “Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Əgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyə idi. Bu qalanı tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz...” Məhz bu son cümlədən də “Süleymana qalmayan dünya” ifadəsinin yarandığı ehtimal olunur.
Rəvayətli ifadələrin çoxluğu xalqın qədimliyinə, mədəniyyətinin və dilinin zənginliyinə dəlalət edir.