Yadda saxla!
|
SÖZÜN MƏCAZİ MƏNASI NECƏ YARANIR
|
Hər bir sözün ilkin mənası onun həqiqi mənası adlanır; məsələn: qızıl - sarı rəngli qiymətli meta Bəzən sözün həqiqi mənasındakı əlamətlər başqa bir anlayış üzərinə keçirilir və beləliklə, məcazi mənalı söz yaranır; məsələn: 1. Yurdumuza qızıl payız gəldi. 2. Afərin, qızıl sözlər dedin! Birinci cümlədə “qızıl” sözü “sarı”, ikinci cümlədə isə “qiymətli” mənasında işlənir. Hər iki əlamət qızılın ilkin mənasında var. |
Mən istəyirəm: Buludlar ağlasın, Uşaqlar ağlamasın; Analı, ya anasız... Mən istəyirəm: Qapılar qapansın |
Soyuq olanda hava; Gözlər qapanmasın, Sözlər qapanmasın. Mən istəyirəm: Yanğınlar sönsün, Ümidlər sönməsin... |