Yadda saxla!
|
SÖZÜN LEKSİK VƏ QRAMMATİK MƏNASI
|
Sözün ifadə etdiyi anlayışa sözün mənası, daha dəqiq desək, leksik (lüğəvi) mənası deyilir. Əsas nitq hissələrinə aid olan bütün sözlərin leksik mənası var; məsələn: odun - yandırmaq üçün kəsilmiş ağac parçası. Bundan başqa, hər bir sözün qrammatik mənası da olur. Qrammatik məna dedikdə sözün hansı nitq hissəsinə aid olması, quruluşca növü, cümlədə rolu nəzərdə tutulur. Dildə elə sözlər var ki, yalnız qrammatik mənaya malikdir; məsələn: lakin, və, axı, məgər və s. Bunlar köməkçi nitq hissələridir. |
Leksik mənası olan sözlər | Leksik mənası olmayan sözlər |