DİL QAYDALARI ÜZRƏ TƏKRAR
1.
Hansı şeirdə ahəng qanununa tabe olmayan sözlər var?
Balama qurban alçalar,
Balam nə vaxt əl çalar?
Balama qurban inəklər,
Balam nə vaxt iməklər?
(nazlama)
Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başıma bəla gəldi?
(bayatı)
2.
Hər bir sözün əvvəlindəki samiti qarşılığı ilə əvəz edib yeni sözlər yaradın. Sait səsləri növlərinə görə təsnif edin.
gül, din, köz, küləş, dərs, boz, tanış
3.
Tappıltı, kombinat, dəftər, seçki, məntiq, təfəkkür, saqqal sözlərində fərqli tələffüz olunan
hərfi müəyyən edin.
4. Aşağıdakı sözləri cədvəlin müvafiq sütunlarında yazın.
kürk, qaşıq, aşıq, papaq, buruq, çiçək, istək, tük, kələk, məşq,
kəpənək, nitq, xalq, soyuq, müdrik
Saitlə başlanan şəkilçi
artırdıqda son samiti dəyişən
|
Saitlə başlanan şəkilçi artırdıqda
son samiti dəyişməyən
|
|
|
5.
Tələffüz forması verilmiş sözləri dəftərinizdə orfoqrafik normalara uyğun yazın.
[ambar], [pələnk], [çörəx'], [mürəkgəp], [kərpiç], [çanax
6.
Aşağıdakı sözləri səs tərkibinə görə təhlil edin.
evrika, çaqqal, üfüq, zoologiya, təbii, konfrans
7.
Verilmiş nümunəyə əsasən dəftərinizdə cədvəl çəkin və sözləri vurğulu hecanın yerinə görə müvafiq sütunlarda yazın.
Paris, aksiya, Volqa, Ankara, novator, İtaliya, Sumqayıt, Fransa,
London, Dunay, genosid, printer,
Hindistan, Kiyev, aktual,
Latviya, Gəncə, Yenisey, Yaponiya, qalaktika, akvapark,
mesenat, boulinq,
Daşkənd, Aralıq