5.
Aşağıdakı sözləri mənasına uyğun olaraq cümlədə işlədin.
qalın, qalın, süzmə, süzmə, gözlə, gözlə, gəlin, gəlin, dərin, dərin
6.
Verilmiş sözlərin mənasına uyğun olaraq vurğulu hecanı müəyyənləşdirin.
Şaxta - sıfırdan aşağı hava temperaturu, qış havası.
Şaxta - faydalı qazıntıların çıxarıldığı və yeraltı işlərin aparıldığı yer.
Dimdik - quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi.
Dimdik - çox dik, lap dik, tamam dik.
Yadda saxla!
|
SÖZÜN SƏS TƏRKİBİNƏ GÖRƏ TƏHLİLİ
|
Sözün səs tərkibini müəyyən edərkən onun tələffüzü əsas götürülür. Hecaların sayı və
vurğunun yeri isə sözün yazılışı əsasında müəyyənləşdirilir; məsələn, “səadət” sözündə
beş səs var. Onlardan ikisi sait, üçü samitdir: [sa:dət]. Bu söz üçhecalıdır, vurğu
üçüncü hecaya düşür.
|
7.
Yaşıl (doğru) və qırmızı (yanlış) kartları qaldırmaqla məqsəd sözünün səs tərkibi haqqında
deyilənlərin
doğru və ya yanlış olduğunu bildirin.
1. Sözdə üç cingiltili, bir kar samit var.
2. [m] cingiltili samitdir, kar qarşılığı yoxdur.
3. [ə] qalın, dodaqlanmayan, açıq saitdir.
4. [k'] - kar samitdir, cingiltili qarşılığı “g” samitidir.
5. [s] - kar samitdir, cingiltili qarşılığı “z” samitidir.
6. [t] - kar samitdir, cingiltili qarşılığı “d” samitidir.
7. İkihecalıdır, vurğu ikinci hecaya düşür.
8.
Verilmiş sözlərdə hecaların sayını və vurğusunu müəyyən edin.
cəmiyyət, Türkiyə, biologiya, artilleriya, filosof, diplomatiya,
fəaliyyət, dostluq, İngiltərə, Fransa
9.
Sözləri səs tərkibinə görə təhlil edin
ünsiyyət, nöqtə, piano, barmaq, termometr