Düşün və cavab ver
2.
Təsəvvür edin ki, valideynlərinizlə xarici ölkələrdən birinə səfər etmisiniz. İzdihamlı küçələrdən
birində siz ata-ananızdan ayrı düşüb dilini bilmədiyiniz insanların arasında tək qalırsınız.
Birdən bir
polis görüb ona yaxınlaşırsınız. Siz jestlərin köməyi ilə polisə öz probleminizi necə başa salıb kömək
istəyərsiniz?
3*. Bu əl jesti bir çox xalqlarda qələbə mənasını verir və qələbəyə
ruhlandırmaq məqsədilə istifadə olunur. Sizcə,
nə üçün qələbə işarəsini vermək üçün məhz bu jestdən
istifadə olunur?
Dil qaydaları
4.
Mətndə altından xətt çəkilmiş sözləri tələffüz edin. Hansı sözlərdə yanaşı gələn samitlərin tələffüzü yazılışından fərqlidir?
Yadda saxla!
|
QOŞASAMİTLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ
|
Bir çox qoşasamitli sözlərin deyilişi ilə yazılışı fərqlənir.
•
Yanaşı gələn kar samitlərdən ikincisi cingiltili tələffüz olunur; məsələn: əlbəttə
[əlbətdə], səkkiz [səkgiz], tappıltı [tapbıltı], ixtira [ixdira], bitki [bitgi],
usta
[usda].
•
Qoşa “q” ilə yazılan sözlərdə birinci samit özünün kar qarşılığı kimi tələffüz olunur:
saqqal[sak'qal].
•
Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur: sönməz
[sömməz], tənbəl [təmbəl].
|
5.
Verilmiş sözlərin tələffüz formalarını yazın
mütəkkə, saqqız, itki, mürəkkəb, anbar, hətta, döyüşkən
6.
Dörd sözdən biri iki “y” ilə yazılır
A) [töfsiyə] B) [ehdiyat] C) [tərbiyə] D) [əhəmiyət]
7.
Lüğətin köməyi ilə sözlərin düzgün yazılışını müəyyən edin və dəftərinizdə yazın.
[zambax], [pambıx], [zəmbil], [k'ambinat], [şəmbə], [kömbə