Ata otağın küncündə sakitcə oturmuş küçüyü göstərdi. Otaqdakılar çevrilib Təpələ baxdılar. Küçük nədənsə sarğılı ayağını qaldırıb həkimə sarı uzatdı. Hamı onun bu hərəkətinə gülüşdü. Həkim əlini Orxanın çiyninə qoyub dedi:
- Səni xeyirxahlığın sağaltdı.
Yadda saxla!
|
QOŞA SAMİTLƏ BİTƏN TƏKHECALI SÖZLƏR
|
İki eyni samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür; məsələn: fənn - fənlər, xətt - xətsiz. Hiss sözü istisnadır: hisslər. Müxtəlifcinsli qoşa samitlə bitən bəzi təkhecalı sözlərin deyilişi zamanı qoşa samitlər arasında sait səs tələffüz olunur; məsələn: hökm [höküm], üzr [üzür], dövr [dövür]. |