Dil qaydaları
7.
Şeiri oxuyun. Altından xətt çəkilmiş hansı sözdə “k” samiti [x'] kimi tələffüz olunur?
Gecənin ən uzaq dərinliyində
Bir işıq görünür.
Mayakdı, nədi?!
Ondan gözlərimi çəkdim, yenə də
Fikrimdən, yuxumdan o çəkilmədi. (Məmməd Araz)
8.
Verilmiş sözləri “k” samitinin tələffüzünə görə qruplaşdırıb yazın
kabab, lələk, kobra, sakit, diktofon, şikar, səksən, saksofon,
çəki, dirək, kalkulyator, məhkəmə,
kompüter, çəlik,
möhkəm, körpü
9.
“Təcili qan lazımdır” mətnində göy rənglə verilmiş sözlərdə “k” hərfinin “y” ilə əvəzlənməsinə diqqət
yetirin.
Yadda saxla!
|
SÖZLƏRİN SONUNDA K-Y ƏVƏZLƏNMƏSİ
|
Bir çox sözlərin sonunda “k” samiti “y” samitinin kar qarşılığı olan [x1] kimi səslənir:
çiçək [çiçəx'], ürək [ürəx']. Belə sözlərə saitlə başlanan şəkilçi
artırıldıqda “k”
samiti “y” samitinə keçir: ürək - ürəyin, kəpənək - kəpənəyə.
|
10.
Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda “k” samiti “y” samiti ilə əvəz olunur?
A) iştirak B) mühərrik C) kürk D) kötük
11.
Hansı sözlərə saitlə başlanan şəkilçi əlavə etdikdə k-y əvəzlənməsi baş vermir?
təbrik, park, çiyələk, mexanik, yük, bilik, türk, tank, köynək
12.
Çiçək, dibçək, ələk sözlərinə saitlə başlanan şəkilçi artıraraq cümlədə işlədin.
13*. Hansı sözdə k-y əvəzlənməsinin baş verdiyini əminliklə
demək olar? Seçiminizi izah edin.
A) küləyə B) kürəyə C) kirpiyə D) dəliyə