6.
Hansı bənddəki ədəddə rəqəmlərlə sözlərin sayı bərabərdir?
A) 1500 |
B)1934 |
C)800 |
D)1940 |
7*. Mətndəki məlumatlardan istifadə etməklə suallara cavab verin:
- X Yay Olimpiya Oyunları neçənci ildə keçirilib?
- Qlen Kaningem idmandan gedəndə neçə yaşı var idi?
Dil qaydaları
8.
Mətnin əvvəlində altından xətt çəkilmiş sözlərin tələffüz formalarını yazın. Onlar arasındakı fərqi izah
edin.
Yadda saxla!
|
SÖZ SONUNDA CİNGİLTİLİ SAMİTLƏRİN TƏLƏFFÜZÜ
|
Sözlərin sonunda gələn bəzi cingiltili samitlər tələffüz zamanı özlərinin kar qarşılığı
ilə əvəz olunur: cora[p], bulu[t],
nəhən[k]. Belə sözlərə saitlə başlanan şəkilçi və ya
söz artırıldıqda söz sonundakı cingiltili samit yazıldığı kimi tələffüz olunur:
cora[b]ın, bulu[d]a; gən[c] oğlan,
palı[d] ağacı
|
9.
Aşağıdakı söz birləşmələrini oxuyun. Kökü b, c, d, g samitləri ilə bitən sözlərin tələffüz
formasını dəftərinizdə yazın.
tüfəng atmaq, nəhəng div, corab toxumaq, ağac kökü,
qanad çalmaq, kitab oxumaq, çələng hörmək,
dinc
oturmaq, qutab bişirmək, kənd adamları
10.
Orfoqrafiya normalarına görə nöqtələrin yerinə mötərizədəki hərflərdən uyğun gələnini əlavə edib
köçürün.
əhən...(k, g), palı...(t,d), tura...(ç, c), ahən...(k, g),
kaba...(b, p), pələn...(k, g)
11.
“Başına əlvan güllərdən çələng qoymuş gənc qız səhəngini su ilə doldurub kəndə sarı addımladı”cümləsində neçə sözdə “g” hərfi [k] kimi tələffüz olunur?
A) 1 B) 2 C) 3
12*. [atlas] kimi tələffüz olunan sözləri cümlələrdə iki mənada işlədib
yazın. Sözlərin tələffüzündəki fərqi müəyyənləşdirin.
1-ci məna: xəritələr toplusu
2-ci məna: parça növü