Oxu və söz ehtiyatı
5.
Lüğətin köməyi ilə müşkül, müdhiş, məruzə və konfrans sözlərinin mənasını izah edin.
Danışma
6.
Mətndəki dialoji nitqi təhkiyə şəklində nəql edin.
Yazı
7.
“Natamamlıq kompleksindən necə azad olmalı” mövzusunda inşa yazın.
Dil qaydaları
8.
Hansı sözün 1-ci saiti fərqli tələffüz olunur?
A)
torba
B)
kompleks
C)
konfrans
Yadda saxla!
|
“O” SAİTİNİN “A” KİMİ TƏLƏFFÜZÜ
|
Bir sıra sözlərin tərkibindəki “o” saiti [a] kimi tələffüz olunur; məsələn:
Moskva-[Mask'va], konfet-[k'anfet]. Bu sözlər dilimizə başqa dillərdən
keçmişdir.
|
9.
Hansı cümlədə “o” ilə yazılıb “a” kimi tələffüz olunan söz işlənib?
A)
Müğənnilər konsert verməyə hazırlaşırlar.
B)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da kosmosla bağlı tədqiqatlar aparılır.
C)
Meşədə azan uşaqlar kompasın köməyi ilə yolu tapdılar.
10.
Sözləri dəftərinizdə orfoqrafik normalara uyğun yazın
[samavar]
[k'asmanaft]
[labaratoriya]
|
[praqram]
[k'amandir]
[manalok']
|
11.
Aşağıdakı sözlərin tələffüz formalarını dəftərinizdə yazın.
portret, lovğa, pomidor, dövlət, musiqi, alim,
inşaat, müşayiət, obyekt, şüar, məqalə, müəllif,
orijinal, hekayə, təcili, omonim, mübarək