Yadda saxla!
|
SAİTLƏRİN UZUN TƏLƏFFÜZÜ
|
1. Sözlərdə yanaşı gələn eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur: saat[sa:t], təəssüf [tə:ssüf]. 2. Tərkibində “ov”, “öv” hərf birləşmələri olan bir çox sözlərin tələffüzü zamanı “v” samiti düşür “o”, “ö” saitləri isə uzun tələffüz olunur; məsələn: dovğa [do:ğa], tövbə [tö:bə]. 3. Dilimizdə elə sözlər də var ki, tərkibindəki saitlərdən biri digərlərinə nisbətən uzun tələffüz olunur; məsələn: elan [e:lan], sərmayə [sərma:yə]. |
Qoşa saitlərdən biri düşür, o biri uzun tələffüz olunur. |
V” samiti düşür, “o”, “ö” uzun tələffüz olunur. |
Saitlərdən biri digərlərinə nisbətən uzun tələffüz olunur. |