- Orxan, bu məktubu valideynlərinə çatdır.
Mən zərfi götürüb Elşən müəllimə baxdım. Gözümə, qulaqlarıma inana bilmirdim: Elşən müəllim mənə baxıb gülümsəyirdi. O mənə “sən” deyə müraciət etmişdi.
“Görəsən, məktubda nə yazılıb? - deyə düşünürdüm. - Doğrudanmı, Elşən müəllim bugünkü hərəkətimə görə valideynlərimə şikayət edir? Axı mən üzr istədim... Bəlkə, məktubu gizlədim, anama verməyim? Yox! Mən bir daha qaydaları pozmayacağam. Məni cəzalandırsalar da, heç kimi aldatmayacağam”.
Evə çatanda çox düşünmədən məktubu anama verdim. O, zərfi açıb məktubu oxudu. Həmin dəqiqə üzü işıqlandı:
-Afərin, oğlum, təbrik edirəm. Elşən müəllim səni yaxşı oxuyanların siyahısına daxil edib. İki gündən sonra Şamaxıya gedirsiniz. Bu kağızı göndərib ki, imzalayım, etiraz etmədiyimi bildirim.
Elşən müəllimin gülümsər üzü yadıma düşdü. İndi bu üz necə də doğma idi...