şakər - is. xasiyyət, adət, vərdiş.
şallaq - is. heyvanları sürərkən idarə etmək üçün istifadə olunan qamçı,
qırmanc.
şrift - is. hərf və işarələrin eyni üslublu qrafik təsviri.
tağ - is. bax: günbəz.
təam - is. xörək, yemək.
təbib - is. həkim.
təhrif etmək - f. ifadəni dəyişərək nöqsanlı, yanlış şəklə salmaq,
korlamaq.
təkəbbürlü - sif. iddialı, lovğa, özündənrazı.
təlaş - is. iztirab, təşviş, həyəcan.
təmkinli - sif. ağır, sanballı, vüqarlı; özünü ələ ala bilən, özünü
itirməyən.
tərəddüd - is. müəyyən bir məsələni həll etməkdə qətiyyətsizlik.
tətik - is. odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən kiçik
hissəsi.
tiyə - is. qılınc, bıçaq və s. kəsici alətlərin kəsən (iti) tərəfi, ağzı.
treninq - is. bilik, bacarıq və vərdişlərin inkişafına yönəlmiş fəal tədris
metodu.
trilyon - say. min milyarda bərabər say.
turnir-is. orta əsrlərdə Avropa ölkələrində keçirilən cəngavər yarışları.
türbə - is. bax: mavzoley.
üfüq - is. səmanın yer və ya su səthi ilə bitişik kimi görünən xətti.
vali - is. keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs.
varis - is. bir şəxsin ölümündən sonra onun mülkünə sahib olan adam.
vəkil - is. məhkəmədə hər hansı tərəfin maraqlarını müdafiə edən şəxs,
hüquq işçisi.
virtual - sif. gerçəkdə olmayan, internetin xəyali məkanı, aləmi.
virus - is. insan və bitkilərdə yoluxucu xəstəliklər törədən mikrob.
yelin - is. məməli heyvanlarda süd yığılan orqan.
yelkən - is. gəmini hərəkətə gətirmək üçün dorağacına bənd edilən parça.
yeraltı səltənət - qədim yunan mifologiyasında ölülər, ruhlar dünyası.
yubiley - is. bir şəxsin təntənəli qeyd edilən yuvarlaq ildönümü.
zadəgan - is. kübar, əsilzadə, aristokrat.
zəvvar - is. ziyarət edən şəxs, ziyarətçi.
ziyarətgah - is. müqəddəs insanların evi, qəbri; ziyarət edilən yer.