riza -
is. razılıq, izin, icazə, istək.
ruzi -
is. azuqə, qazanılan çörəkpulu.
sal -
is. iri, bütöv yastı daş parçası.
sauna -
is. çox yüksək dərəcədə hərarəti olan xüsusi növ hamam.
seminar -
is. müəyyən bir mövzu üzrə keçirilən qrup məşğələsi.
seminariya -
is. keçmişdə: orta pedaqoji məktəb.
senat -
is. Qədim Romada yüksək hakimiyyət orqanı.
səbir1 - is. çətin iş, ağır vəziyyət qarşısında göstərilən dözüm.
səbir2-is. asqırtı.
səcdə etmək -
f. qabağında baş əymək, təzim etmək.
sədəqə -
is. yoxsula, dilənçiyə verilən pul və ya başqa bir şey.
səf -
is. sıra, cərgə.
səmavi dinlər - İbrahim peyğəmbərin nəslindən törəyən peyğəmbərlərin gətirdikləri
dinlər, yəni
iudaizm, xristianlıq və islam dini.
səngər -
is. güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək.
səngimək -
f. yavaşımaq, azalmaq.
sər -
is. baş.
sərdar -
is. hökmdar adından vilayəti idarə edən hakim.
səriştə -
is. bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq.
sərnic -
is. misdən, saxsıdan və s.-dən düzəldilmiş ağzıgen qulplu qab.
səyyar -
sif. daim bir yerdə durmayıb istənilən tərəfə daşınan.
simfoniya -
is. orkestr üçün yazılmış böyük musiqi əsəri.
simvol -
is. hər hansı bir anlayışın şərti əlamətini ifadə edən işarə,
rəmz.
sitayiş etmək -
f. ibadət etmək, pərəstiş etmək, ilahiləşdirmək.
soykökü -
is. əsil, nəcabət.
soyqırımı -
is. bir millətin nümayəndələrinin kütləvi şəkildə qırğını,
genosid.
status -
is. vətəndaşın, hüquqi şəxsin vəziyyəti.
stress -
is. insanın hər hansı səbəbdən gərginlik və əsəbilik keçirməsi
halı.
subyekt -
is. xarici aləmi (obyekti) dərk edən və öz əməli fəaliyyətində
ona təsir göstərə bilən şəxs.
sülalə -
is. qohumluq və varislik hüququna əsasən taxtda ardıcıl surətdə
bir- birini əvəz edən, eyni
soydan olan padşahlar.
sürpriz -
is. gözlənilməyən hədiyyə, xoş xəbər.
süvari -
is. ata minmiş, atlı.