müqavilə - is. iki və ya daha çox tərəfin iştirakı ilə bağlanan saziş,
razılaşma.
mülahizə - is. yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər.
müntəzir - sif. bir işi canla-başla yerinə yetirməyə hazır olan.
müstəsna - sif. misilsiz, görünməmiş, qeyri-adi, fövqəladə.
müşayiət - is. yanınca getmə, ötürmə; bərabər, bir yerdə.
müşkül - sif. çətin başa gələn, çətin həll edilən.
mütəfəkkir - is. bilikli, savadlı, ziyalı, dərin fəlsəfi fikir sahibi olan
adam.
natürmort - is. təsviri sənətdə cansız əşyaların qrup şəklində rəsmi.
nifaq - is. ixtilaf, narazılıq, konflikt.
nişangah - is. odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində
çıxıntı.
nov - is. su və s.-ni axıtmaq üçün yarımdairə şəklində düzəldilmiş arx,
kanal.
obyekt-is. fəaliyyətin yönəldiyi hadisə, hədəf, mövzu.
ocaq - is. pir, müqəddəs yer, ziyarətgah.
ofis - is. hər hansı bir təşkilat, qurum və ya idarənin yerləşdiyi bina.
optimizm - is. gələcəyə inam əhvali-ruhiyyəsi, nikbinlik.
orbit - is. göy cisminin hərəkət etdiyi yol.
ovdan - is. suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz.
pessimizm - is. bədbin adamın əhvali-ruhiyyəsi; ümidsizlik.
peyk - is. planet və ya ulduzun ətrafında fırlanan göy cismi.
peyzaj - is. təsviri sənətdə təbiət mənzərəsinin rəsmi.
pərəstiş - is. dərin hörmət hissi.
poqon - is. zabit geyiminin çiyin hissəsinə keçirilən və zabitin rütbəsini
üzərindəki ulduzlarla göstərən hərbi formanın bir hissəsi.
portret - is. bir şəxsin rəssam tərəfindən çəkilmiş şəkli.
post - is. hər hansı bir məkanı və ya şəxsi müşahidə altında saxlamaq və ya
mühafizə etmək üçün ayrılmış yer, məntəqə.
prototip - /s. obraz yaratmaq üçün müəllifin istifadə etdiyi həqiqi şəxs.
rayihə - is. xoş iy, gözəl qoxu, ətir.
rekord - is. idman yarışında göstərilən ən yüksək nailiyyət.
rentgen - is. şüa vasitəsilə insanın daxili orqanlarının şəkillərinin
çəkilməsi üçün istifadə olunan cihaz.
rəncbər - is. taxıl əkib-becərməklə məşğul olan kəndli.
riqqət - is. ürək yumşaqlığı, ürək incəliyi, şəfqət.
ritorika - is. natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm.