istila -
is. bir ölkəni zorla alma, ələ keçirmə, tutma.
izdiham -
is. böyük insan kütləsi, qələbəlik.
kahin -
is. qədimdə din xadimi, ruhani.
keçə -
is. yunu döyüb basmaqla hazırlanan sıx, qalın material.
kəcavə -
is. adlı-sanlı adamların səyahəti üçün minik heyvanlarının
üzərində qurulan
örtülü yer.
kəndxuda -
is. keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin
inzibati işlərini
idarə
edən şəxs.
kəniz -
is. qədimdə kölə kimi bağışlanan qız, qul qadın.
kərən -
is. yonulmamış yoğun ağac, dirək, iri kötük.
kəşfiyyat -
is. düşmənin yerini və qüvvəsini müəyyən etmək üçün əsgəri qrup
tərəfindən aparılan
əməliyyat.
kilsə -
is. xristian ibadətgahı, məbədi.
klip (videoklip) -
is. reklam məqsədilə çəkilmiş musiqili videoçarx.
kombinasiya -
is. müxtəlif və ya eynicinsli şeylərin bu və ya digər qayda ilə
düzülüşü,
birləşdirilməsi.
kommersiya - is. ticarət, ticari əməliyyatlar.
kompleks -
is. vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu.
konfrans -
is. müəyyən məsələləri müzakirə üçün müxtəlif təşkilat nümayəndələrinin
müşavirəsi,
yığıncağı.
kredo -
is. məslək, əqidə, amal.
kurort -
is. müalicə və istirahət üçün əlverişli olan yer.
kükrəmək -
f. hirslənərək özündən çıxmaq, coşmaq.
qahmar-
is. kömək, tərəfdarlıq, havadarlıq.
qanun1 - is. hamı üçün məcburi olan üsul, nizam, qayda.
qanun2 - is. simli musiqi aləti.
qarovulçu -
is. keşikçi, gözətçi.
qastrol -
is. incəsənət ustalarının başqa şəhərlərdə qoyduğu tamaşalar.
qatran -
is. bəzi ağaclardan alınan qara rəngli, kəskin qoxulu maddə,
qeyri-məhdud - sif.
həddi-hüdudu
olmayan, ucsuz-bucaqsız, sonsuz, qeyzlə - z. acıqla, hirslə, qəzəblə.
qəsbkar -
is. özgənin mülkünü zorla ələ keçirən şəxs.
qəyyum -
is. öz işlərini idarə edə bilməyən şəxslərə, onların mal və mülkünə
nəzarət üçün
təhkim
olunmuş adam.
qibtə -
is. başqasının üstünlüyünü, uğurunu görüb bunları özünə arzulama,
bunların həsrətini
çəkmə.