fayton -
is. üstü açılıb-örtülən dördbucaqlı at arabası.
fəhmli -
sif. təbiətən dərrakəli, intuisiyalı.
gizir -
is. hərbi rütbə, bu rütbəni daşıyan şəxs.
göydələn -
is. hündürmərtəbəli bina, tikili.
göyərtə -
is. gəmi gövdəsinin üst hissəsindəki açıq sahə.
günbəz -
is. bəzi binaların yarımdairə şəklində olan damı.
həli olmaq -
f. agah olmaq, xəbərdar olmaq, bilmək, öyrənmək.
hersoq -
is. Qərbi Avropada yüksək zadəgan, knyaz titulu.
heybətli -
sif. qorxu hissi doğuran, zəhmli, vahiməli.
həndəvər -
is. (dial.) ətraf, dövrə, yan-yörə.
həvari -
is. İsa peyğəmbərin 12 şagirdinə - davamçısına verilən ad, apostol.
hovur -
is. (dial.) az vaxt, az müddət.
xar1 - is. tikan.
xar2 - sif. üzüqara, rüsvay, xəcalətli, pərt.
xəlifə -
is. bütün müsəlmanların başçısına verilən yüksək dini vəzifə.
xərək -
is. xəstə və ya yaralı daşımaq üçün vasitə.
xəttat -
is. gözəl xətlə yazan, yazı sənəti üzrə mütəxəssis, kalliqraf.
xiyaban -
is. hər iki tərəfində ağac əkilmiş yer, yol və s.
xof -
is. qorxu, vahimə.
xülasə1 - m.söz. müxtəsər, bir sözlə, uzun sözün qısası.
xülasə2 - is. mətnin qısa məzmunu, nəticəsi, mahiyyəti.
ianə -
is. xeyriyyə məqsədilə toplanılan pul, maddi yardım.
ibadətgah -
is. ibadət edilən yer, məbəd.
ifadə -
is. 1) anlatma, izahetmə; 2) söz, söz birləşməsi; 3) dinlənilmiş mətn
əsasında şagirdlərin
öz
sözləri ilə yazdıqları mətn.
iftira -
is. böhtan, şər.
ilah -
is. bəzi qədim dinlərdə kişi cinsli tanrı.
ilahə -
is. qadın cinsli tanrı.
imperator -
is. tabeliyində bir neçə ölkə olan hökmdar.
inanc -
is. Allaha olan inam, etiqad.
irqi ayrı-seçkilik - insanların mənsub olduğu irqə görə fərqləndirilməsi.
irs -
is. sənət adamının ölümündən sonra qoyub getdiyi miras, dəyərlər.
israr etmək -
f. dediyindən dönməmək, fikrinin üstündə durmaq.
istehkam -
is. müdafiə məqsədilə düzəldilən tikili.