çertyoj - is. bir şeyin kağız üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi.
dalan - is. iki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan
dar yol.
dalğıc - is. xüsusi geyimlə su altında işləyən peşəkar işçi.
darğa - is. şəhər, qəza, mahal, yaxud vilayət hakimi.
depressiya - is. ruh düşkünlüyü, çıxılmazlıq hissi.
dərrakə -is. ağıl, düşüncə, şüur; dərketmə qabiliyyəti.
dəsgah - is. bir işin təşkili üçün lazım olan əşyaların məcmusu.
diksiya - is. sözlərin tələffüz tərzi.
diplomat - is. xarici dövlətlərlə əlaqə saxlamaq üçün vəkil edilmiş şəxs.
divanxana - is. Şərq ölkələrində padşah saraylarında rəsmi qəbul otağı.
doqqaz - is. (dial.) kənd həyətlərində darvazanın qarşısı.
donor - is. yaralılar və xəstələr üçün öz qanını verən adam.
dorağacı - is. gəmilərin ortasında dikəldilən uzun dirək.
durbin - is. uzağı görmək üçün müşahidə borusu, optik cihaz.
eksponat - is. sərgidə, muzeydə nümayiş etdirilən məmulat.
ekspres - is. sürətli nəqliyyat vasitəsi.
eqoizm - is. özünü hər kəsdən üstün tutma, ancaq öz mənafeyini güdmə.
ensiklopediya - is. biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət şəklində
sistemə salınmış məlumatlar toplusu.
epizod - is. bədii əsərin bitmiş, müstəqil olan bir parçası.
epos - is. rəvayət xarakterli böyük əsər, dastan.
era - is. 1) il hesabının başlandığı zaman; 2) məc. mühüm hadisə
ilə bağlı
yeni tarixi dövrün
başlanğıcı.
etika - is. əxlaq, tərbiyə, ictimai davranış qaydaları.
etüd qutusu - içərisində rəssamlıq ləvazimatları olan, açılıb-yığılan qutu.
əcəm - is. keçmişdə ərəb olmayan xalqlara, xüsusən iranlılara verilən ad.
əlahəzrət - is. hökmdarlara
müraciət forması.
əmanət -is. saxlamaq üçün birinə müvəqqəti tapşırılan əşya, pul.
əmirəlmöminin - is. möminlərin əmiri, xəlifə.
əyan - is. keçmişdə mötəbər, vəzifəli şəxslər, hökmdarın yaxın adamları.
əzazil - sif. zalım, qəddar, amansız, rəhmsiz, insafsız.
fasad - is. binanın çölə baxan qabaq hissəsi; ön tərəf.
fauna - is. hər hansı bir ərazinin heyvanlar aləmi.
fayl - is. kompüterdə yaradılan mətn, qrafika, şəkil və s. sənədlər.