İZAHLI LUGƏT
axur -
is. heyvanlara yem tökmək üçün düzəldilən qab, qutu.
akrobatika -
is. gimnastika və sirk sənətinin bir növü.
alaçıq -
is. çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır.
amputasiya -
is. bədənin ətraf orqanlarının cərrahi yolla kəsilməsi.
arfa -
is. böyük üçbucaq çərçivəşəkilli simli musiqi aləti.
arxeoloq -
is. qazıntı yolu ilə tapılan maddi-mədəniyyət abidələrini tədqiq
edən alim.
arqument -
is. müzakirə zamanı natiqin istinad etdiyi dəlil və sübutlar.
artillerist-
is. artilleriyada qulluq edən hərbçi.
artilleriya -
is. hərbdə istifadə olunan müxtəlif quruluşlu toplar.
astana -is. kandar, qapının ağzı.
aşırım -
is. 1) dağı aşıb keçmək üçün yer; 2) körpünün təzyiqi dayaqlara
ötürən hissəsi.
atletika -
is. qüvvət və çeviklik tələb edən idman növü.
ayə -
is. Quran surələrinin müəyyən fikir ifadə edən cümlələri.
baqqal -
is. keçmişdə ərzaq malları satan dükançı.
baron -
is. bəzi Avropa ölkələrində qrafdan aşağı zadəgan rütbəsi.
başılovlu -
z. çox tələsik halda, təşviş və təlaş içində.
batman -
is. qədim ölçü vahidi, təqribən 8 kq.
baytar -
is. mal həkimi, heyvanları müalicə edən həkim.
bəlağətli -
sif. təmtəraqlı, gözəl, ifadəli nitq.
bilyard -
is. xüsusi miz üstündə şarlarla oynanılan stolüstü oyun.
bosman -
is. gəmi kapitanının təsərrüfat işləri üzrə müavini.
bürc -
is. qədim şəhər divarının üzərində müşahidə və müdafiə qülləsi.
cangüdən -
is. bir insanı maddi qarşılıq əvəzində qoruyan şəxs.
canişin -
is. hökmdar adından əyaləti idarə edən şəxs.
cəngavər - i
s. orta əsrlərdə cəsarətli, məharətli döyüşçü.
comərdlik -i
s. mərdlik, nəciblik, alicənablıq.
cüssə -
is. gövdə, bədən, boy-buxun.
çat -
is. internet vasitəsilə yazılı ünsiyyət üçün nəzərdə tutulmuş kompüter
proqramı.
çavuş - is. hərbdə aşağı rütbə, bu rütbəni daşıyan şəxs.