DİL QAYDALARI ÜZRƏ TƏKRAR
1.
Aşağıdakı sözləri iki sütunda yazın. Birinci sütunda saitlə başlanan şəkilçi artırdıqda son samiti
dəyişən, ikinci sütunda isə son samiti dəyişməyən sözləri yazın.
birlik, sədaqət, gündəlik, maraq, təbrik, natiq, böyük, üzük,
zanbaq, külək, türk, məntiq, bilik, vərəq,
buruq
2.
Hər bir sözün əvvəlindəki kar samiti cingiltili qarşılığı ilə əvəz edib yeni sözlər yaradın.
səhər, tağ, kəlmə, təmir, köz, çala
3.
Şəkilçiləri verilmiş sözlərə düzgün ardıcıllıqla artırıb yazın
baş - -lar, -la, -dı, -mış
qorx - -lu, -u, -dur
qarşı - -ş, -la, -q, -dı
heyvan - -lıq, -dar, -da
|
yaz - -lı, -ı, -dır
qoru — -çu, -q, -lar
bəzə - -dir, -k, - li
çox - -t, -mış, -al, -dır
|
4.
Hərəkət bildirən sözləri seçin.
yağla, maraqla, saxla, danla, toxu, qoru, qoxu, çətir, gətir
5.
Mürəkkəb sözləri nitq hissələrinə görə dəftərinizdə qruplaşdırın.
diribaş, başıuca, giləmeyvə, söz-söhbət, ürəyiyumşaq, az-çox,
yurd-yuva, qol-qanad, aşıb-daşmaq,
qırxayaq, qır-qırıntı, irili- xırdalı,
alnıaçıq, açıq-aşkar, kələ-kötür, qara-qura, əzik-üzük
6.
Hansı sözlər birləşdikdə defislə yazılan mürəkkəb sözlər yaranır?
qapı, baca; can, sağlığı; it, burnu; qarma, qarışıq; iki, tərəfli;
sual, cavab; məqsəd, yönlü; dava, dalaş; açıq, ürəkli; dağ, daş;
dəvə, tikanı; gec, tez; dost, tanış; kağız, kuğuz
7.
Feillərin hansı nitq hissələrindən düzəldiyini söyləyin.
ağar(maq), ayaqlaş(maq), itilə(mək), ağıllan(maq), sakitləş(mək),
kədərlən(mək), köhnəl(mək), daşlaş(maq), qocal(maq), otar(maq)
8.
Dördündən biri tərkibinə görə fərqlidir.
•
solğun, çovğun, dolğun, yorğun
•
alış, baxış, barış, satış
•
dilək, ürkək, kötək, istək
9.
Sadə sözləri seçin
döşək, çörək, çökək, hörük, bölük, kötük, bilik, dəlik, qalıq,
balıq, uçuq, yarıq, sarıq, qayıq, sıyıq,
moruq