Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. Atasının səhərdən axşamadək çalışdığını, ailəni ağır zəhmətlə dolandırdığını görən Zeynalabdin ona kömək etmək istəyir. On yaşında olarkən o, bənna köməkçisi işləməyə başlayır. Hələ gənc ikən mahir inşaatçı kimi ad qazanır və böyük tikinti işlərinə rəhbərlik etməyə başlayır.
1873-cü ildə Hacı Zeynalabdin Bibiheybətdə yer icarəyə götürür və burada neft quyuları qazdırır. Ancaq quyulardan uzun müddət neft çıxmır. Amma Zeynalabdin səbirlə başladığı işi davam etdirir. Nəhayət, günlərin birində onun neft quyuları fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir.
1919-cu ildə, Novruz bayramı ərəfəsində bir qrup şagird ianə toplamaq üçün dövlətli şəxslərin evlərini, idarələrini gəzirdi. Onlardan Rza adlı birisi təklif etdi ki, Hacı Zeynalabdinin də evinə getsinlər. Belə də etdilər. Lakin qapıda dayanan gözətçi onları içəri buraxmadı. Onda Rza gözətçiyə dedi:
- Hacıya çatdırın ki, içərişəhərli Hacı Əliağanın nəvəsi gəlib.
Bir azdan uşaqları Hacının iş otağına ötürdülər. Kresloda əyləşmiş Hacı üzünü Rzaya tutub dedi:
Bir azdan uşaqlar boş qutu ilə geri döndülər. Hacı qutuya bir pul qəbzi saldı. Məktəbdə qutunu açanda məlum oldu ki, Hacı yetim və kasıb uşaqların xeyrinə 5000 manat ianə verib. O zaman bir manata iki qoyun almaq olardı.