O, dövrünün ən böyük alimlərini öz sarayına toplamışdı. Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə etdirmiş, oğuz türklərinin tarixindən bəhs edən kitab yazdırmışdı.
Müdrik ananın - Sara xatunun layiqli oğlu olan Uzun Həsən Azərbaycanın dövlətçilik tarixində müdrik, ədalətli, uzaqgörən hökmdar kimi qalmışdır.
Uzun Həsən Fateh II Mehmet Əbu Səid |
Teymurilər dövləti Ağqoyunlu dövləti Osmanlı dövləti |
Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatun oğlunu dinlədikdən sonra:
Düz buyurursan oğlum dedi indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.
Uzun Həsən anasının əlindən tutub dodaqlarına apardı:
Bunu ancaq sən edə bilərsən ana deyə anasının əlini öpüb ondan Mehmetin yanına getməyi xahiş etdi.
Sara xatun oğlunun qara saçlarını tumarlayıb dedi
Doğru deyirsən bala. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət-ənənələrinə dərindən bələddir. Yəqin ki mənim sözümü yerə salmaz.