Alaçığın divarı boyu bir qarışqa, ağzında özündən böyük yük, üzüyuxarı dırmaşırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərir, sonra yenə yoluna davam edirdi...
Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə kəskin ağrıdan bağırmaq istəyirdi.
Bir neçə gün əvvəl döyüşdə ayağından və biləyindən ox yarası almış Teymuru sadiq silahdaşları aradan çıxarıb öz düşərgəsinə gətirmişdilər. Artıq ikinci gün idi ki, o, alaçığından çıxmırdı.
Girişin ağzında duran keşikçilər onun əmri ilə təbibdən başqa heç kimi içəri buraxmır, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşca keçəni aralayıb taxtda uzanmış Teymura baxırdılar: “Birdən sərdar özünə qəsd eləyər”.
Bu günlər ərzində sərkərdənin yaralarına məlhəm qoyan təbib: “İnşallah, hər şey yaxşı olar”, - deyə Teymuru sakitləşdirirdi. Nəhayət, bu gün səhər o qorxa-qorxa sərdara dəhşətli həqiqəti söylədi: “Qolun işləməyəcək, ayağın axsayacaq”.
“Deməli, hər şey bitdi. Puç oldu o xülyalar - qüdrətli hökmdar olmaq arzusu. Harada görünüb ki, şikəst adam hökmdar olsun?! İran şahları oğul-uşaqlarını şikəst edirlər ki, onların verini tutan olmasın. İndi sən qəl bir qol, bir ayaqla, Çingiz soyundan olmaya-olmaya hakimiyyət uğrunda mübarizə apar, ölkələr fəth elə! Şikəst sərkərdənin arxasınca hansı döyüşçü gedər?! Pərvərdigara, niyə bu oxları ürəyimə yönəltmədin?!”
A) pessimizm Ç) bədbinlik |
B) optimizm D) depressiya |
C) nikbinlik E) eqoizm |