Avropada “Avisenna” adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina (980-1037) dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoymuşdur. O, müxtəlif elm sahələrini əhatə edən yüzlərlə əsər yazmışdır ki, bunlardan bir çoxu dövrümüzə gəlib çatmışdır. Azərbaycan nağıllarında Loğman adı ilə təqdim olunan qəhrəmanın prototipinin İbn Sina olduğu güman edilir.
Deyilənə görə, balaca Hüseynin ən sevimli sözü “Nə üçün?” imiş. Uşaq ikən o, güclü yaddaşı, dərin müşahidəçilik qabiliyyəti, məntiqi təfəkkürü ilə hamını heyrətə gətirirmiş. Hələ on yaşı olanda Hüseyn artıq Qurani-Kərimi əzbər bilir, məşhur alimlərin əsərlərini oxuyurmuş. Sinifdə hamıdan balaca olsa da, şagirdlər ondan məsləhət alırmışlar.
Belə rəvayət edirlər ki, Hüseyngilin sinfində Ömər adlı bir uşaq oxuyurmuş. Onun zəngin atası Ömərin təhsili üçün pul əsirgəməzmiş.
Bir dəfə müəllim sinifdə Ömərin atası ilə söhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərir. Ömərin atası etiraz edir: “Axı onlar eyni məktəbə, eyni müəllimin yanına gəlirlər. Bu necə ola bilər?”
Müəllim uşaqları sinifdən çıxarıb onların döşəkçələrinin altına dəftər qoyur. Sinfə qayıdan uşaqlar öz yerlərində əyləşirlər. Ömər heç nə hiss etmir, İbn Sina isə narahat görünür. Müəllim soruşur:
Yaşıdları arasında İbn Sinanı barmaqla göstərirdilər. Necə çalışması barədə o, xatirələrində belə yazır: “On altı yaşım olanda gecələr və gündüzlər elm öyrənməkdən, oxumaqdan başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra da şamı yandırıb çalışmalarımı davam etdirirdim. Bəzən yuxu aparır, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm”.