Ağa qorxuya düşür:
-Yaxşı, Ezop, qızılın yarısını götür, amma səsini çıxarma.
Ezop tez dillənir:
- Bu, ədalətli qərar olar. Çünki burada yazılıb: H - halallıqla, D - davranıb, T - tapdığından, Q - quluna, V - ver.
Ağa deyir:
- Sən dahisən, Ezop! Tez evə gedək və qızılı bölək, sonra mən səni azadlığa buraxaram...
Yadda saxla!
|
CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASİYAYA GÖRƏ NÖVLƏRİ
|
Cümlənin məqsəd və intonasiyaya görə dörd növü var: Nəqli cümlə müəyyən bir iş, hadisə və s. haqqında məlumat vermək məqsədilə işlədilir, adi intonasiya ilə deyilir, sonunda nöqtə qoyulur; məsələn: Sabah məktəbdə tədbir keçiriləcək. Sual cümləsi cavab almaq məqsədilə işlədilir, yüksələn intonasiya ilə deyilir, sonunda sual işarəsi qoyulur; məsələn: Məktəbiniz nə vaxt tikilib? Əmr cümləsi istək, arzu, xahiş, məsləhət və s. bildirir, sonunda nöqtə qoyulur; məsələn: Gəlin gəzməyə gedək. Nida cümləsi yüksək hiss və həyəcanla deyilir, sonunda nida işarəsi qoyulur; məsələn: Ah, nə gözəl gündür! |