8.
Buraxılmış orfoqrafik səhvləri düzəltməklə cümlələri dəftərinizə köçürün.
1.
Rasim işdən vaxtında çıxıb-getdi.
2.
Xəstənin vəziyyəti qeyrisabit idi.
3.
Paho, dövlətin gəl-hagəlidir ki...
4.
Maşın əyriüyrü yollarla yavaş-yavaş gedirdi.
5.
Elşən çox ölçüb biçdi, amma bir qərar verə bilmədi.
6.
Payızın soyuq nəfəsi ilə güllər artıq saralıb solmuşdu.
9.
Altından xətt çəkilmiş frazeoloji birləşmələri qarşılığı ilə əvəz edin.
Nümunə: |
O mənə yolu necə gedəcəyimi başa saldı.
O mənə yolu necə gedəcəyimi izah etdi.
|
1.
Yadına düşdü ki, bu gün görüləcək işi çoxdur.
2.
Xalq mahnılarına qulaq asmağı xoşlayırdı.
3.
Onun bu hərəkətinə hamı məəttəl qaldı.
4.
Uşaqlara əl qaldırmaq olmaz.
5.
Bu dəhşətli hadisəni xatırladıqca hər dəfə göz yaşı axıdırdı.
6.
Aygünün bu şeirdən xoşu gəlirdi.
10*. “Yoldaşlarında” sözündəki
şəkilçiləri ayırıb müvafiq sütunda qruplaşdırın. Sözün başlanğıc formasını
müəyyən edin,
birvariantlı -
ikivariantlı -
dördvariantlı -
11.
1 -ci sıradakı sözləri 2-ci sıradakı müvafiq sözlərlə birləşdirib mürəkkəb sözlər düzəldin.
1)
dərə, çöl, yer, toz, daş
2)
yurd, kəsək, təpə, çəmən, torpaq
12.
Hansı atalar sözü ancaq sadə sözlərdən ibarətdir?
A)
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı - qonaq.
B)
Dovşana “qaç” deyir, tazıya “tut”.
C)
Kasıblıq eyib deyil, oğurluq eyibdir.
D)
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
13.
Verilmiş mürəkkəb sözləri cədvələ uyğun qruplaşdırın
ağrıkəsici, aşıb-daşmaq, qeyri-dəqiq, ev-eşik, yaxasıaçıq,
küsüb-barışmaq, şəhərlərarası,
dinib-danışmaq, qayda-qanun
Mürəkkəb isim |
Mürəkkəb sifət |
Mürəkkəb feil |
|
|
|