Zingildəyib təpəyə sarı qaçdı. Onun arxasınca qaçıb oğlumu təpənin üstündə, bir kolun altında
dünyadan xəbərsiz mışıl-mışıl yatan gördüm.
Dönüb məhəlləmizə baxanda məni dəhşət bürüdü. Evlər uçmuş, hər şey yerləyeksan olmuşdu. Məşhur Aşqabad
zəlzələsi məhəlləmizi xarabalığa çevirmişdi. Demə, Bozlar bu dəhşətli fəlakəti qabaqcadan
duyubmuş...
Eyvaz Zeynalov
Söz ehtiyatı
5.
Altından xətt çəkilmiş ifadəni bir sözlə əvəz edi
6.
Mətndən frazeoloji birləşmələri tapıb mənalarını izah edin.
7.
“Müdhiş” sözünün və “yerləyeksan olmaq” ifadəsinin mənasını müəyyən edin.
Düşün və cavab ver
8.
İtlər haqqında hansı əsərləri oxumuş, hansı filmlərə baxmısınız
9.
Türkmənlərin salamlaşma jestini nümayiş etdirin.
Araşdırma
10.
Müxtəlif mənbələrdən təbii fəlakətlər haqqında məlumat toplayıb təqdim edin.
Dil qaydaları
11*. Göy rənglə verilmiş sözlərə diqqət
yetirin. Hansı sözlər quruluşca sadə, hansı
düzəltmədir?
12. Dördündən biri fərqlidir.
A) qoruq B) donuq C) toyuq D) soyuq
A) daraq B) oğlaq C) dayaq D) sınaq
13. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın.
qorxaq, qənaətcil, qoçaq, əzik, çevik, giləmeyvə, qonaqpərvər,
yeməkxana, şirin-şəkər, diribaş, qaçaqaç,
qayğanaq, qəpik-quruş
Nitq hissəsi |
Sadə |
Düzəltmə |
Mürəkkəb |
İsim |
|
|
|
Sifət |
|
|
|