Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral ona mane oldu. Hər gözündən bir damla yaş isti südün içinə saldı. Süd o saat uyuşub qatıq oldu. Fatimə maralın üzünü, gözünü tumarlayıb yola saldı.
Deyirlər, qoca ovçu qatığı başına çəkən kimi sağaldı. Etdiyi yaxşılıq itmədi, onu yenidən yaşatdı.
Yadda saxla!
|
MÜRƏKKƏB SİFƏTLƏR VƏ ONLARIN YAZILIŞI
|
Mürəkkəb sifətlər bitişik və ya defislə yazılır; cansıxıcı, iri-iri, soyuqqanlı, irili-xırdalı, kələ-kötür, qeyri-sabit, növbənöv. Müxtəlifmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sifətlər bitişik, digərləri isə defislə yazılır. |
Mürəkkəb sifətlərin yaranma yoll | sifətlər |
müxtəlifmənalı sözlərin birləşməsi | |
eyni sözün təkrarı | |
yaxınmənalı sözlərin birləşməsi | |
əksmənalı sözlərin birləşməsi | |
müstəqil mənası olmayan sözlərin iştirakı | |
“qeyri” sözü ilə sifətin birləşməsi |
ala dili ucsuz qeyri |
şirin bucaqsız adi göz |
isti gözəl adlı həyət |
sanlı qanlı yanı göyçək |