7.
Hansı sifətləri xüsusi isim kimi işlətmək olar
nadir, gözəl, mirvari, yaşıl, maral, mehriban, dəyanətli, sadiq,
köhnə, qara, doğma, xatirə, şirin,
kamil, güllü
8.
Cavabların hansı atalar sözlərinə uyğun gəldiyini müəyyən edin.
A) Yayda işlə, qışda dişlə.
B) Şər deməsən, xeyir gəlməz.
C) Danışmaq gümüşdür, susmaq qızıldır.
D) Əkiblər, yemişik, əkərik, yeyərlər.
Hansı atalar sözündə:
1)
hər iki feil düzəltmədir?
2)
məsdər formasında olan feil var?
3)
feil inkardadır?
4)
eyni feil həm keçmiş, həm də gələcək zamanda işlənib?
|
A B C D
A B C D
A B C D
A B C D
|
9.
Feillərin hansı şəxsə aid olduğunu müəyyən edin və şəxs şəkilçisini göstərin.
1.
Təzə çıxan tər otlara istəmirəm ayaq basım.
2.
Çox keçmişəm bu dağlardan.
3.
Yağışdan çıxdıq, yağmura düşdük.
4.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
5.
Qalib gələcəkdir cahanda kamal.
6.
Siz də görərsiniz bu gözəl eli.
10.
Verilmiş sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın.
sıx, al, dolu, düz, yaş, döyüş, daş, yol, kök, qaz, qala
feil və sifət kimi işlənə bilən -
isim və feil kimi işlənə bilən -
isim və sifət kimi işlənə bilən -
isim, sifət və feil kimi işlənə bilən -
11*. Hansı cümlələrdə toplu ismə aid olan
feil cəm şəkilçisi qəbul etməməli idi?
1.
Xəbəri eşidən camaat meydana axışdılar.
2.
Düşmən qoşunları hücuma keçdilər.
3.
Ordu üç gün idi ki, qalanı mühasirədə saxlayırdılar.
4.
Novruz bayramını başqa xalqlar da qeyd edirlər.
5.
Böyük bir dəstə bayrağın önündən keçdilər.