DİL QAYDALARI ÜZRƏ TƏKRAR
1.
Altından xətt çəkilmiş sözlər haqqında hansı fikir yanlışdır?
Paxıllıq eyləsə dostuna hər kəs,
Onun yoldaşlığı toza da dəyməz.
(Nizami Gəncəvi)
A)
Düzəltmə isimlərdir.
B)
Mücərrəd isimlərdir.
C)
Hər iki sözün kökü sifətdir.
D)
Birinin tərkibində bir cür yazılan şəkilçi var.
2.
Hansı atalar sözü yalnız sifətlərdən ibarətdir
A)
Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
B)
Yaxşı igidin adını eşit, üzünü görmə.
C)
Qərib quşun yuvası olmaz.
D)
Yaxşı at özünə qamçı vurdurmaz.
3.
Nümunədə işlənən feillərin zamanını müəyyən edin.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
4.
Hansı sözlər bitişik yazılmalıdır
açıq-sarı, şirin-təhər, kəm-şirin, düm-düz, qap-qara,
tünd-yaşıl, yup-yumru
5.
Azaltma və ya çoxaltma dərəcəsində işlənə bilməyən sifətləri seçin.
qərib, qəmgin, çəhrayı, yarımçıq, kasıb, mərd, uzun, hamar
6.
Hansı cümlədəki sifəti azaltma və ya çoxaltma dərəcəsində işlətmək mümkün deyil?
A)
Ana xörəyi yenicə asmışdı, ət hələ çiy idi.
B)
Bulaq suyu göz yaşı kimi duru idi.
C)
Alma hələ yetişməmişdi, turş dadı var idi.
D)
Məktəbimizdə xarici qonaqlarla görüş keçirildi.