Araşdırma
5. Nümunəyə uyğun olaraq dəftərinizdə cədvəl tərtib edin. Yaşadığınız ərazidə tanıdığınız tarixi-mədəni
abidə haqqında məlumat toplayaraq cədvəlin müvafiq xanalarında yazın.
Abidənin adı__________________________________ |
Yaranma tarixi |
|
Yerləşdiyi ərazi |
|
Təyinatı |
|
Əlavə məlumatlar |
|
Dil qaydaları
6. Mətndə göy rənglə verilmiş “sığınacaq” sözü isimdir, yoxsa feil? Bu sözdə -acaq şəkilçisinin leksik, yoxsa qrammatik şəkilçi olduğunu müəyyən edin.
7*. Altından xətt çəkilmiş sözlərdən hansının tərkibində leksik şəkilçi yoxdur?
8.
Sözlərdəki nöqtələrin yerinə müvafiq şəkilçilər artırın.
Oğru elə bağır..., doğrunun bağrı yar... .
Dost dostu dar gündə sına....
Yaxşılıq elə, minnət qoy... .
Keçi can hayında, qəssab piy axtar... .
Tək əldən səs çıx....
El igidləri ilə tanı... .
9. Verilmiş cümlələrdən feilləri seçib cədvəli doldurun.
Feil |
Zamanı |
Şəxsi |
Təsdiq və inkar |
|
|
|
|
1.
Afərin, olimpiadada əla nəticələr göstərdin.
2.
Ağaclardakı bütün meyvələri səbətlərə yığarıq.
3.
Bütün işləri vaxtında çatdıra bilirəm.
4.
Təəssüf ki, görüş yerinə vaxtında çatmadınız.
5.
Son zamanlar səni tez-tez
yuxuda görürəm, Təbrizim!
Yuxuma qəmli gəlirsən
hər gecə. (R.Rza)