Yazı
4.
“Tikdim ki, izim qala” mövzusunda inşa yazın
5.
Araşdırma. Bu bölmədə oxuduğunuz mətnlərdən və başqa mənbələrdən istifadə etməklə XX
əsrin əvvəllərində
Bakıda tikilmiş məşhur binalar haqqında məlumat toplayıb məruzə hazırlayın.
Dil qaydaları
6.
Liza xanımın dediyi cümlələrə diqqət yetirin. Nə üçün feillərdən biri -k, digəri -m
şəkilçisi ilə bitib?
Yadda saxla!
|
FEİLİN ŞƏXSƏ GÖRƏ DƏYİŞMƏSİ
|
Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək
üçün feilə müxtəlif şəxs şəkilçiləri artırılır.
şəxs |
zaman |
indiki |
keçmiş |
gələcək |
I şəxs |
tək |
gəl-ir-əm |
gəl-di-m |
gəl-əcəy-əm |
cəm |
gəl-ir-ik |
gəl-di-k |
gəl-əcəy-ik |
II şəxs |
tək |
gəl-ir-sən |
gəl-di-n |
gəl-əcək-sən |
cəm |
gəl-ir-siniz |
gəl-di-niz |
gəl-əcək-siniz |
III şəxs |
tək |
gəl-ir |
gəl-di |
gəl-əcək |
cəm |
gəl-ir-lər |
gəl-di-lər |
gəl-əcək-lər |
|
7.
Nöqtələrin yerinə uyğun gələn şəxs şəkilçisini artırın.
1.
Mən həmişə dərslərimi vaxtında hazırlayır ....
2.
Samir anasına bu il əlaçı olacağını söylə ....
3.
Siz sabah olimpiadada iştirak edəcək ....
8.
Verilmiş feilləri müvafiq zamanda şəxsə görə dəyişib dəftərinizə yazın. Artırdığınız şəxs şəkilçilərinin
altından xətt çəkin.
başla(maq) feilini indiki zamanda
eşit(mək) feilini keçmiş zamanda
qalx(maq) feilini gələcək zamanda
9.
Baxma(maq) feilini hər üç zamanda şəxsə görə dəyişib dəftərinizə yazın.
10.
Gör(mək) feilini keçmiş zamanın -ıb4 şəkilçisi ilə şəxsə görə dəyişin. Feil
hansı şəxsə aid olduqda bu şəkilçini qəbul etmir?