Yadda saxla!
|
FEİLİN ZAMANA GÖRƏ DƏYİŞMƏSİ
|
İndiki zaman. Hərəkətin indiki zamanda baş verdiyini bildirmək üçün feilin kökünə və ya başlanğıc formasına -ır (-ir, -ur, -ür) şəkilçisi artırılır; məsələn: baxır, gəlir, qoruyur, ütüləyir. Keçmiş zaman. Hərəkətin keçmiş zamanda baş verdiyini bildirmək üçün feilin kökünə və ya başlanğıc formasına -dı (-di, -du, -dü), -mış(-miş, -muş, -müş), -ıb(-ib, -ub, -üb) şəkilçilərindən biri artırılır; məsələn: yazdı, gəlmişəm, görübsən. Gələcək zaman. Hərəkətin gələcək zamanda baş verəcəyini bildirmək üçün feilin kökünə və ya başlanğıc formasına -acaq (-əcək), -ar (-ər) şəkilçilərindən biri artırılır; məsələn: görüşəcək, danışar. |