Söz ehtiyatı
3.
Bu mətndə hansı yeni memarlıq termini ilə rastlaşdınız? Həmin termini izah edin.
4.
Sal sözünün mətndə işlənən mənasını izah edin.
5.
Yasaq sözünü hansı sözlə əvəz etmək olar?
Dil qaydaları
6. 1-
ci abzasda göy rənglə verilmiş hansı feil nə? sualına da cavab verə bilər?
Yadda saxla!
|
FEİLİN MƏSDƏR FORMASI
|
Məsdər feilin ilkin formasıdır, yəni hərəkətin adıdır. Feilin bu
forması -maq2 şəkilçisi vasitəsilə yaranır: yazmaq, görmək.
Məsdər isim kimi hallana bilir; məsələn: oxumaq, oxumağın, oxumağa və s.
Lüğətlərdə feillər məsdər formasında verilir.
|
7.
Hansı atalar sözlərində məsdər var?
1.
Dostla su iç, düşmənlə bal yeməyə oturma.
2.
Ağlamayan uşağa süd verməzlər.
3.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
4.
Vura bilməyən daşın böyüyündən yapışar.
5.
Halva-halva deməklə ağız şirin olmaz.
8.
Feilləri məsdər formasında cümlələrdə işlədin.
danışır, görmüş, baxdı, yazıb, gülür
9.
Verilmiş sözlərdən istifadə edərək atalar sözlərində boşluqlara uyğun məsdərləri yazın.
baxmaq, tutmaq, soruşmamaq,
xərcləmək, axmaq, bilməmək
1.... eyib deyil,... eyibdir.
2.
Kasıb pul tapdı,... yer tapmadı.
3.
Su yaranıb ..., göz yaranıb ...
4.
Bir əldə iki qarpız ... olmaz.
10*. Dördündən biri fərqlidir.
A) başmaq
A) daramaq
|
B) yarmaq
B) atmaq
|
C) qarmaq
C) yamaq
|
D) barmaq
D) yamamaq
|