Yadda saxla!
|
SİFƏTİN DƏRƏCƏLƏRİ
|
Bir çox sifətlər qrammatik formasını dəyişməklə əlamət və keyfiyyətin daha az və ya daha çox olduğunu bildirir. Buna sifətin dərəcələri deyilir; məsələn:
sarı - adi dərəcə
sarımtıl - azaltma dərəcəsi sapsarı - çoxaltma dərəcəsi Açıq, ala, tünd sözləri vasitəsilə əlamət və ya keyfiyyətin dərəcəsi dəyişdikdə yaranan sifətlər defislə, təhər, kəm və düm hissəciyi ilə yaranan sifətlər isə bitişik yazılır: açıq-sarı, şirintəhər. M, p, r, s samitlərindən istifadə olunmaqla dərəcəsi dəyişən sifətlər bitişik yazılır: yamyaşıl, qupquru, tərtəmiz, dosdoğma |