14.
Debat. Sənətkar, yoldaş, kitabxana sözlərində daş, kar, xana
müstəqil sözdür, yoxsa şəkilçi?
15.
Mətndə altından xətt çəkilmiş hansı sifətlər varlığın zahiri xüsusiyyətlərini əks etdirir? Bəs o biri
sifətlər nə bildirir?
Yadda saxla!
|
ƏLAMƏT VƏ KEYFİYYƏT BİLDİRƏN SİFƏTLƏR
|
Əlamət dedikdə hər hansı bir varlığın zahiri görünüşündəki xüsusiyyətlər
nəzərdə tutulur.
Bura əşyanın ölçüsü, rəngi, forması və gözlə görünə bilən digər xüsusiyyətləri aiddir;
məsələn: uzun, yaşıl, arıq.
Lakin əşyanın elə xüsusiyyətləri də ola bilər ki, onu gözlə görmək mümkün olmur; məsələn:
ağıllı, mərhəmətli, paxıl. Bunlar varlığın keyfiyyəti, yəni
daxili
xüsusiyyətləridir.
|
16.
Qırmızı rənglə verilmiş söz hansı cümlədə ismin əlamətini, hansı cümlədə isə keyfiyyətini bildirir?
17.
Əlamət və keyfiyyət bildirən sifətləri qruplaşdırın.
istedadlı, müdrik, qayğıkeş, uzun, sadiq, armudu, qarabuğdayı,
iradəli, yumru, enli, dəyirmi,
mərd,
bənövşəyi, möhkəm
18.
Müqayisə edin. Qara, açıq, geniş sözləri hansı birləşmədə əlamət, hansında keyfiyyət bildirir?
qara xəbər - qara paltar
açıq fikir - açıq qapı
geniş otaq - geniş ürək
19.
Verilmiş isimlərə əvvəlcə əlamət, sonra isə keyfiyyət bildirən sifətlər əlavə edin.
oğlan, həkim, kitab, şair, it, daş
20.
Hansı birləşmələrdəki sözlər arasında məna uyğunsuzluğu var?
səmimi söhbət, uğursuz nailiyyət, sərt xasiyyət, dərin zirvə
21.
Sifətlərdən istifadə etməklə cümlələrdə buraxılmış sözləri əlavə edib yazın.
kamil, tamahkar, yaxşı, qorxaq, yaman
1.
... dost... gündə məlum olar.
2.
... insan kəlamından bəlli olar.
3.
... adam həmişə igidlikdən danışar.
4.
... adamın gözü doymaz.