Düşün və cavab ver
5. Sizcə, nəyə görə İçərişəhərin daha qədim olan daxili qala divarları
bu günə kimi qalmış, bayır divarları isə uçub-dağılaraq məhv
olmuşdur?
6. Bakını əcnəbilərə tanıtmaq üçün simvol olaraq nəyi seçərdiniz?
7*. İçərişəhərin qala divarlarının şəklindən
fraqmentə diqqət yetirin. Mətndəki məlumatlardan
istifadə etməklə izah edin: divardakı
bu oyuq hansı məqsədlə açılmışdı? Nəzərə
alın ki, şəkil bayır tərəfdən çəkilmişdir.
Söz ehtiyatı
8. Lüğətin köməyi ilə “divanxana”, “türbə”, “ovdan” sözlərinin mənalarını
izah edin. “Status” sözünü cümlədə işlədin.
Yazı
9. Bakı şəhərinin tarixi ilə bağlı əlavə məlumat toplayıb yazılı
təqdimat hazırlayın.
Dil qaydaları
10. Mətndə göy rənglə verilmiş sözlərin quruluşca növünü müəyyənləşdirin.
Bu sözlərdən hansılar isimdir?
11*. -lı4 şəkilçisi ilə yaranan düzəltmə isimləri seçin.
şəkili, ehtiyatlı, kəndli, bahalı, kədərli,
məktəbli, qorxulu, şəkilli
12. -lıq4 şəkilçisindən düzələn isimləri dəftərinizdə qruplaşdırın.
yaxşılıq, lovğalıq, daşlıq, igidlik, kolluq, boşluq, sarılıq,
müəllimlik, gözlük, baytarlıq, uzunluq, əsirlik, güllük
1. İsimdən düzələn isimlər -
2. Sifətdən düzələn isimlər -
13*. Dördündən biri quruluşuna görə
fərqlidir.
A) səlahiyyət B) fəaliyyət C) nailiyyət D) məğlubiyyət
A) çətin B) mətin C) səpin D) təyin
A) tavakababı B) xəngəl C) plov D) ayran
A) Bazardüzü B) Qaraçuxur C) İsmayıllı D) Şahdağ