Yadda saxla!
|
İSMİN HALLARI
|
İsimlər başqa sözlərlə əlaqəyə girərkən çox zaman qrammatik şəkilçilər qəbul edərək
formaca dəyişir. Bu qrammatik formalara ismin halları deyilir. İsmin altı halı,
hər bir
halın müvafiq şəkilçisi (adlıq hal istisna olmaqla) və sualı var.
İsmin halları |
Şəkilçiləri |
Sualları |
Adlıq hal |
|
kim? nə? hara? |
Yiyəlik hal |
-m4 |
kimin? nəyin? haranın? |
Yönlük hal |
-a2 |
kimə? nəyə? haraya? |
Təsirlik hal |
-ı4 |
kimi? nəyi? haranı? |
Yerlik hal |
-da2 |
kimdə? nədə? harad |
Çıxışlıq hal |
-dan2 |
kimdən? nədən? haradan? |
|
9.
“Dünya” sözünə müvafiq hal şəkilçiləri artırmaqla cümlələri tamamlayın, ismin hansı halında olduğunu müəyyənləşdirin.
Dünya... əliboş gəlib, əliboş da gedəcəyik.
Dünya... bir pislik qalır, bir də yaxşılıq.
Dünya... gözəllik xilas edəcək.
Dünya... işlərini bilmək olmaz.
Dünya... xəbəri yoxdur.
10.
İpək, qayıq sözlərini dəftərinizdə hallandırın. Həmin sözlərin sonundakı “k” və “q” samitlərinin hansı hallarda və necə dəyişdiyini izah edin.
11*. Verilmiş sözləri ismin müvafiq
halında işlətməklə atalar sözlərini tamamlayın.
yalançı, ağıllı, at, axmaq, çəpər, gün, əzab
1.
İgid odur ... düşə, atlana, igid odur hər ... qatlana.
2.
Dövlət... nökəridir, ... ağası.
3.
Qonşunun xətrini istə, amma... arada saxla.
4.
Yaman ... görməyən yaxşı... qədrini bilməz.
5.
... evi yandı, heç kəs ona inanmadı.
12. Verilmiş mətndən isimləri seçin və ismin hansı halında olduğunu müəyyənləşdirin.
Ədədin ifadə etdiyi miqdar onu təşkil edən rəqəmlərin sırasından asılıdır. Yəni rəqəmlərin yerini
dəyişsək, başqa ədəd alınar.