9.
Mətndən yer və insan adı bildirən isimləri seçin. Bu sözlərin baş hərflərinin böyük yazılmasının
səbəbini müəyyənləşdirməyə çalışın.
Yadda saxla!
|
ÜMUMİ VƏ XÜSUSİ İSİMLƏR
|
Eynitipli varlıqların hər biri ümumi bir sözlə adlandırılır; məsələn: qız, şəhər,
çay,
dağ, ölkə və s. Bu adlara ümumi isimlər deyilir.
Hər hansı bir varlığı digər eynitipli varlıqlardan fərqləndirmək üçün istifadə olunan ada
xüsusi isim deyilir: Rəna (qız), Türkiyə (ölkə), Gəncə (şəhər) və s. Xüsusi
isimlər
böyük hərflə yazılır.
Ümumi isimlər xüsusi ismə çevrilə bilər; məsələn: aslan - Aslan, sevinc - Sevinc,
bahar-
Bahar və s.
|
10.
Aşağıdakı isimləri cümlədə əvvəlcə ümumi, sonra isə xüsusi isim kimi işlədib dəftərinizə yazın.
vüsal, xanım, yasəmən, bayram
11.
Cümlələrdə altından xətt çəkilmiş hansı sözlər böyük hərflə yazılmalıdır?
1.
Şuşa qalasında tezliklə zəfər bayrağı ucalacaq.
2.
Alpinist zəfər dağ zirvələrinə məharətlə qalxır.
3.
Qonşumuz bənövşə çiçəyin qohumudur.
4.
Vətənimizdə bənövşə çiçəyinin 22 növü bitir.
12.
“Camal gedər, kamal qalar” atalar sözündə altından xətt çəkilmiş sözlərə diqqət edin. Həmin isimlər
xüsusi isim kimi düşünülə bilərmi? Cavabınızı əsaslandırın.
13.
Sözləri boşluqlara uyğun olaraq böyük, yaxud kiçik hərflə yazın.
yer
Tezliklə təyyarə... enməlidir.
Günəşdən uzaqlığına görə ... üçüncü planetdir.
günəş
Biz ... qızmar şüalarından gizlənmək üçün kölgəyə qaçdıq.
Bütün planetlər ... ətrafında fırlanır.
ay
Yerin yeganə təbii peyki....
O, nənəsini bir neçə ... görmədi.