DİL QAYDALARI ÜZRƏ TƏKRAR
1.
Hər bir mənaya uyğun çay sözü ilə eyniköklü olan sözlər tapın
2.
Verilmiş sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın
qorxaq, çömçəquyruq, qoçaq, çürük, çevik, alt-üst, giləmeyvə, qonaqpərvər, yeməkxana, diribaş,
qaçaqaç, qayğanaq, qəpik-quruş
Sadə_________________________
Düzəltmə___________________________
Mürəkkəb___________________________
3.
Ön şəkilçi qəbul etmiş sözləri müəyyən edin.
baməzə, bayatı, bəşər, bilək, bikef, bilici
nadir, nabələd, nahamar, nadan, nazik, narın, nasaz
4.
Verilmiş söz cütlərindən mürəkkəb sözlər yaradıb dəftərinizdə yazın.
ev, eşik; dünya, görüşü; dəymə, düşər; stol, üstü; hər, tərəfli;
hazır, cavab; məqsədə, uyğun; dava,
dalaş; qayda, qanun;
alış, veriş; dəvə, dabanı; gediş, gəliş
5.
Tərkibində leksik şəkilçi olan sözləri seçin
əzizlə, bəslə, tövlə, əylən, gizlə, danla, yağla
6.
Şəkilçilərin variantlılığına görə ardıcıllığı tamamlayın
kömürlü, dəyərli, tozlu, ...
hücumçu, qapıçı, dənizçi,...
ömürlük, təmizlik, qayalıq, ...
baxış, döyüş, toxunuş,...
7.
Verilmiş sözləri tərkibinə görə təhlil edin
solğunlaşıb, yazıçılığın, çökəklikdə, dözümsüzlük, bivəfalıqdır