Aysu əsər haqqında bir səhifəlik xülasəni tez-tələsik oxudu və özündən razı qaldı. Hələ bir öz-özünə düşündü: “Vallah, bu böyüklər qəribədirlər. Lap həyatdan geri qalıblar. Bir dilənçi ilə şahzadənin macəralarını oxumaq üçün bu qədər vaxt sərf etməyə dəyərmi? Nə yaxşı ki, internet varmış. Konsertə bilet artıq cibimdədir”.
Aysu qızımız ağıllı idi. O həmin dəqiqə atasının yanına qaçıb kitabı oxuduğunu demədi. Axı hamı bilir ki, 200 səhifəlik kitabı bir günə oxuyub qurtarmaq olmaz. Heç ertəsi gün də, o biri gün də demədi. Düz bir həftə səbirlə gözlədi. Dərslərin başlanmasına bir gün qalmış təntənəli şəkildə elan etdi:
Aysu internetdən oxuduqlarını iki-üç dəqiqə ərzində üyüdüb-tökdü. Sonra tez dilləndi:
- Hə, indi mükafatımı ala bilərəm?
Atanın sifəti birdən dəyişdi. O, qanı qaralmış halda dedi:
-Aysu, sən əsəri oxumamısan. Əgər oxusa idin, kitabın içinə qoyduğum konsert biletini tapardın.